Öldürme, kardaş Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Öldürme, kardaş


Səmada dolanır ölüm mələyi,
Başını yuxarı qaldırma,qardaş.
Deyəsən var yenə minbir kələyi,
Sən də heç özünü aldırma,qardaş.

Ölümün üzü boz,rəngi qapqara,
Əcəl çox bənzəyir müxənnət yara.
Qorxuram,çəkərlər səni də dara,
Badəni şərabla doldurma,qardaş.

Fələk,qəm verməkdən doyuban usan,
Dünyadan ayrılmaq deyildir asan.
Sənsiz gül açmaz ki,baği-gülüstan,
Baxçamı və`dəsiz soldurma,qardaş.
Yaşamaq hissini öldürmə,qardaş.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 07:00:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu