Qüssədən,kədərdən uzaq qaçardım,
Suları tər-təmiz göldüm səninlə.
Fərəhdən,sevincdən çiçək açardım,
Laləli,nərgizli çöldüm səninlə.
Əridi bir anda zirvənin qarı.
Uçdu uzaqlara könlümün sarı.
Dar gündə kədəri biz çəkdik yarı,
Şad gündə sevinci böldüm səninlə.
Heç seçə bilmədin ağı qaradan,
Köməyin olmadı uca yaradan.
Sən cavan yaşında köçdün dünyadan,
Mən qəlbi arzusuz öldüm səninlə.
Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:40:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!