Darda dayaq qardaş-bacı,
Onlar başımızın tacı.
Nəyə lazım ağrı-acı,
Şirin-şəkər təm olayım.
Mən qurbanam şirin dilə,
Göz yaşımı sözlə silə.
Ay ürək, qalxmayaq zilə,
Yerə enib bəm olayım.
Ədalətin Leylası yox,
Zümzüməsi, laylası ox.
Qara gözün sevdası çox,
Ala gözdə nəm olayım.
Mizrab gedər tar uğrunda,
Bulud ağlar qar uğrunda.
Bir naxələf yar uğrunda.
Həm öləyim, həm olayım.
Gəzək-görək, səfa tapaq,
Dost-tanışda vəfa tapaq.
Yarəb, nolar, şəfa tapaq,
Ağrılardan kəm olayım.
Kayıt Tarihi : 30.1.2023 15:08:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!