Qarşıma ocağın közü gəlibdir,
Istinin yerinə sözü gəlibdir.
Elə bil dünyaya özü gəlibdir,
Bu qədər naşükür insan olarmış.
Çıxa bir pirani haqq-nahaqq bölə,
Sanki daş atılar susqun, lal gölə.
Qorxuram yer üzü çiçəkdən ölə,
Ananın göz yaşı leysan olarmış.
Dünyanın bir üzü qara, biri ağ,
Sənin nə vecinə, keyfin daim çağ.
Balaca təpələr gözündə bir dağ,
Ayrılıq bu qədər asan olarmış.
Sevinc Arzulu
Kayıt Tarihi : 24.4.2018 18:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!