Bir acı sözlə qəlb dağlamaq olar,
Ömür qapısını bağlamaq olar.
Sözümü deməsəm ağlamaq tutar,
Qəzəbdən gözlər də dolarmış,Allah.
Pəncərəm səmaya açılan zaman,
Gözlərim önündə açılar zaman.
Həsrətin zərrəsi saçılan zaman,
Vüsalın çiçəyi solarmış,Allah.
Bu dünya kədərdən iki bölünmüş,
Yenə qan ağlayan susuz çölümmüş.
Atamın ölümü xoşbəxt ölümmüş,
Ölümün xoşbəxti olarmış,Allah.
Anamın getməyi şillə tək dəydi,
Dostumun yoxluğu qəddimi əydi.
Xoşbəxtlik axtarmaq nahaqca səydi,
Insana ayrılıq qalarmış,Allah.
Sınayır insanı o,boşda-bərkdə,
Tale gedişini eyləyir diqtə.
Işıqda baxanda görünər nöqtə,
Ürəyim qüssədən qaralmış,Allah.
Sevinc Arzulu
Kayıt Tarihi : 19.6.2018 08:19:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/19/olarmis-allah.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!