Qəlb ağlar telində dəni görəndə,
Üzünü bürümüş çəni görəndə.
Elə ki rastlaşdıq, məni görəndə
Sevincdən gözləri dolanım mənim.
Məhəbbət nemətdir şirin pay kimi,
Məcraya sığmayır dəli çay kimi.
Gör necə uzaqsan günəş -ay kimi,
Ayrılıq əlindən solanım mənim.
Nisgilli könlümə saçmadın ətir,
Mənim qəm bağımda yad bülbül ötür.
İstərsən xara ver ,istərsən götür,
Neynəyim,tək budur olanım mənim.
Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 14:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!