Olan vaxtıdır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Olan vaxtıdır


Ömrümü yolunda bir çıraq etdim,
Indusə ziyamın solan vaxtıdır.
Kədəri gözündən mən iraq etdim,
Qüssədən gözümün dolan vaxtıdır.

Həmişə yamyaşıl, hər vaxt xoş dəmli,
Su içir Arazdan gözləri nəmli.
Yenə dayanıbdır qüssəli,qəmli,
Söyüdün saçını yolan vaxtıdır.

Daha bircə kəlmə söz də göndərmə.
Həsrətə tab edib döz də, göndərmə.
Sönən ocağımçun köz də göndərmə,
Sevincin qaynana olan vaxtıdır.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu