Olacaq qezel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Olacaq qezel


Bilməz idim sevginin yolu belə dar olacaq,
Bu yolda müsibəti-çovgun,şaxta-qar olacaq.
Sanırdım zirvələrdə qartallar məskən salacaq,
Sən demə rast gəldiyim tərlan,şahin,sar olacaq.

Tək qalıb lap vəhşiyə dönüb ağappaq kəhərin,
Niyə qəm-kədər ilə açılır nurlu səhərin.
Axır bir gün üstümə yamanca tökdün zəhərin,
Nə bileydim sevdiyim tez çalan şahmar olacaq.

Çən-duman bürünübdür indi sənin Qoşqar dağın,
Uçuban gedib dönməz bir də o xoş dəmli çağın.
Soluban saralıbdır viran olmuş baxça-bağın,
Fürsət tapıb dərdiyim tək gülöyşə nar olacaq.

Özgələr çalacaqdır sənə nəğmə,layla,gülüm.
Qəmi-hisranın ömrü ölçülməyir ayla,gülüm.
Məni görsən də uzaqdan nə çağır,hayla,gülüm,
Bu gündən çağrışına qulaqlarım kar olacaq.

Çıxın uca zirvəyə,bəlkə görək boyunuzu,
Bir kəlmə söz desəniz anlayarıq soyunuzu.
Simfonik orkestrlə sizlər edin toyunuzu,
Sevincəm, şənliyimdə saz,kamança,tar olacaq.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu