Oğul demez Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Oğul demez

Yenə də qan-qada gələr yaxın, uzaq fəzadan,
On dörd igid həlak oldu bu amansız qəzada.
Titrədimi görən göy,yer
Alışanda helikopter.
Həlak oldu on dörd igid,
Həlak oldu on dörd şəhid...

Nədən qara gəldi daha bəyaz donlu bir günümüz,
Ilahi, çatırmı sənə dərd naləmiz, qəm ünümüz.
Çatırsa da nədən bizi qorumursan,
Bu qəzada fələk, sənmi sorumlusan.
Bu neçəncu faciəmiz,
Bu keçici faciəmi?
Biləmmirəm.
Artıq daha siləmmirəm göz yaşımı.
Itirmişəm ər oğlumu, qardaşımı.
Şəhidlərin hər birisi bizə oğul, bizə qardaş,
Gözəl ata, əziz insan, sadiq yoldaş.

Yenə gəldi əcəl deyək,
Vermədi heç macal deyək.
Bəs sonrası
Sağalarmı qəlb yarası.
Təzə-təzə qaysaq tuturdu yaramız,
Başımızdan açılmamışdı qaramız.
Zəmanınin gərdişimi,
Ya fələyin vərdişimi.
Olacaqmı bu dünyamız sakit, sabit,
Həlak oldu neçə igid, neçə zabit.

Artdı aman on dörd qübar,
Qan ağlayır on dörd nigar.
Tanrım, bu son olacaqmı,
Yenə gözlər dolacaqmı qan-yaş ilə.
Müharibə bitmədimi savaş ilə...

Göz yaşları çağlayır bax dama-dama.
Bizə daha dərd göstərmə, bu son olsun.
Acı günlər təkrarlanır zaman-zama
Ölümün gələn yolları,uca Tanrım, buz tək donsun.

Şəhidlərim, rahat yatın,
Al qırmızı gülə batın.
Sevdiyiniz əmanətdir bu Vətənə,
Oğul deməz bilirsiniz, Vətən hər yoldan ötənə...

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2021 17:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu