Ananın evini yıxdın,
Düşmənin əlini sıxdın.
Niyə belə namərd çıxdın,
Niyə belə, ay oğul.
Bilmədin ki qiymətimi,
Zay elədin sərvətimi.
Mənim bunca zəhmətimi,
Verdin yelə, ay oğul.
De, qüssədən hara qaçım,
Azalmayır ağrım-acım.
Dəyişmişəm sarı saçı,
Bəyaz telə, ay oğul.
Kayıt Tarihi : 7.5.2018 18:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!