Oğluma tebrik Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Oğluma tebrik

Bu gün sənin ad günün,
Təbrik edirəm,oğlum.
Gəlsin xoş sədan, ünün
Qurban gedərəm,oğlum.

Ana öz övladını.
Bağrına basmaq istər.
Əzizləyib adını,
Köksündən asmaq istər.

Bitib-tükənməyir ki,
Ananın arzuları.
Könül tikəmməyir ki.
Məhv etmə onu barı.

Necə safsan, təmizsən,
Batma kirə, çirkaba.
Sən hamıdan əzizsən,
And içirəm kitaba.

Gətirdim dünyaya mən,
Düz otuz beş il əzəl.
Çiçək açan çöl-çəmən,
Olmasın sarı xəzəl.

Qaçıbdır uyğularım.
Yuxu yoxdur gözümdə.
Artıbdır qayğılarım,
Sənsən söhbət-sözüm də.

Məndən uzaq olsan da,
Tək xoşbəxtlik dilərəm.
Könlüm sazaq olsa da,
Göz yaşımı silərəm.

Mənim könül qapımı.
Açıb içəri gir sən.
Qırma xəyal sapımı,
Yaşıl gözümdə pirsən.

Imkan eylə işindən,
Məni tənha qoyma sən.
Ana nəvazişindən,
Usanma sən, doyma sən..

Tale sənə pis günü,
Göstərməsin,əzizim.
Gör oğul düyününü,
Dalğalansın dənizin.

Yaşa qərinələri,
Qocal, yüz yaşıma dol.
Geridə qoy illəri,
Ailənlə xoşbəxt ol.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2020 10:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu