Ocaq Ömrümü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ocaq Ömrümü

Küsübdür xəyalım.Dindirə billəm,
Fərəhi tərkinə mindirə billəm.
Söylə, necə yerə endirə billəm
Ildırım sürətli qaçaq ömrümü.

Yağı düşmən ilə çıxanda cəngə,
Qoymazdı yolunda qala bir əngəl.
Eh, kimlər eylədi özütək tənbəl,
Mənim tək zəhmətkeş, qoçaq ömrümü.

Yenə də insanlıq ağ-qara geyib,
Sevərək sevilmək deyil ki eyib.
O zalım fələyə Tanrım, nə deyim
Su töküb söndürdü ocaq ömrümü.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.1.2021 07:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu