O qızın üreyi kimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

O qızın üreyi kimi

Kür kimi kükrəyib hərdən daşırsan,
Bəndi dağıdırsan,, həddi aşırsan.
Sən elə əsirsən, elə coşursan,
Payızın qudurmuş küləyi kimi.

Nəvəsi nənədən qoğal istəyir,
Bir qədər ərköyün, cığal istəyir.
Sənin də əllərin sığal istəyir,
Oturmuş yalqızın kürəyi kimi.

Getdiyin yolların sonu görünür,
Kamına çatmaqla insan öyünür.
Necə də sürətlə nəbzim döyünür,
Tək durmuş o qızın ürəyi kimi.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 18:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!