Budur həyat tablosu,bu ömrün məziyyəti.
Qarqnlıq.Ay işığı.İldırım da çaxırdı,
Götürüb özü ilə çəkdiyi əziyyəti,
Gözəl bir qız nur olub dənizəcə axırdı.
O qızın nurundaca barışırdı ləpələr.
Küsüb də getdikləri yerlərə dönürdülər.
O qızın təbəssümü şuanı gur səpələr,
O qızın göz yaşından ocaqlar sönürdülər.
O qızın taleyini kim qaraldıb İlahi,
Təzədən ağartmağa boyalar bəs eləməz.
O qızın bənizini kin saraldıb, İlahi
Bilən varsa lal olar.Danışıb səs eləməz.
O qızın öldüyünü deyən təkcə mən gördüm,
Mənə şahidlik etməz nə dəniz, nə də qaya.
Mən o qızın ruhunu göylə öpüşən gördüm,
Ruhunun əli çatır indi ulduza, aya...
Kayıt Tarihi : 6.1.2023 16:25:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!