Könül evimə yar gəlir,
Ay simalı dildar gəlir.
Göz önünə bahar gəlir,
Xəyalımda hələ payız..
Xatırlaram eh, nələri,
O gülərüz çöhrələri.
Sinəm üstdə pöhrələnir,
Könlümdə gül açır o qız.
Ürəyində eşq yaşadır,
Qüssəsi də tamaşadır.
Dərdləriylə baş-başadır,
Həsrətə yol gedir yalqız.
Kayıt Tarihi : 16.5.2020 18:36:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!