Bir zamanlar bu yerdə at çapardın,
Xoşbəxtliyi dağ-dərədə tapardın.
Eh, xəyalın məni hara apardı,
Buludlarım yenə yağış tökəcək.
Bəlkə doyar yağış suyuna aclar,
Işıldayar zər libaslar,qaş taclar.
Islanacaq yaşıl otlar, ağaclar,
Yer üzünə bəyaz alqış çökəcək.
Neynəyirsən yad diyarda mənsizim?
Dağ başında dumansızım, çənsizim.
Bilirəm ki mehribanım, əzizim
Qəm ilməsin tənha, yalqız sökəcək.
Şən nəğmələr çalan tütək, ney hanı,
Mənim kimi haqq aşiqin, ey, tanı.
Məhv eləyib baxçada tər reyhanı,
Əvəzində deyən yarpız əkəcək.
Yazıq insan, xəyalında söz qaşı,
Odda yanmaz ürəyində köz daşı.
Gecə-gündüz ovcundadır göz yaşı,
Məzarlığa suyu o qız çəkəcək.
Kayıt Tarihi : 13.12.2021 07:52:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/12/13/o-qiz-cekcek.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!