Elə bil ki yağı gəlir,
Həyatın son çağı gəlir
Bilsən necə ağır gəlir,
O günləri xatırlamaq.
Dünəninə sayğısıdır,
Bu gününə qayğısıdır.
Gözlərimin uyğusudur,
O günləri xatırlamaq.
Sarı saçın ağ dənidir,
Dağ başının sis, çənidir.
Ölənidir, itənidir,
O günləri xatırlamaq.
Göz önünə duman gələr,
Gözdən yağış uman gələr.
Fikrimə hər zaman gələr,
O günləri xatırlamaq.
Sədaqətin təntənəsi,
Səadətin ayaq səsi.
Şəhadətin son pilləsi,
O günləri xatırlamaq.
Kayıt Tarihi : 23.12.2021 07:33:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/12/23/o-gunleri-xatirlamaq.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!