Qaranlıq gecədə, dolğun səmada,
Bir anlıq gördüm sənin üzünü.
Səni oturub yad edən anda,
Bir anlıq unutdum mən öz-özümü.
Səmanı çox sevdim mən o gecədən,
Bir dolğun hiss oyandı mənim qəlbimdə. Özümdə bilmədim necə oldu sən,
Bir sevinc oyatdın bu gözlərimdə.
Artıq tez-tez baxıram mən o səmaya,
Səni xatırlamaqçun, səni bilməkçün.
Daha mən bilmirəm gedim haraya,
Sənin o nur üzü bir də görməkçün.
Görəsən nə vaxt gələcək bir də o gecə,
Mən nə vaxt görəcəm sənin üzünü.
Mən indi anlamadım indi sadəcə,
Mən çoxdan aldatdım özüm-özümü.
Kayıt Tarihi : 10.6.2019 13:51:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Selimova Xanim](https://www.antoloji.com/i/siir/2019/06/10/o-gece-170.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!