Fələk əlin usta sıxır,
Evim- böyrüstə yıxır.
Neynim səsim asta çıxır,
Bərk çağırsam gələrmisin.
Səndin mənim şirin sözüm,
Ürəyimdə qalan közüm.
Görmür daha ala gözüm,
Başıma nur ələrmisin.
Demə ki yaram köhnədir,
Yeri yamanca göynədir.
İntizarım çox körpədir,
Onu qalın bələrmisin.
Son vidanı nədən etdin,
Fələyin kamına yetdin.
Özün üçün öldün, getdin
Mənim üçün ölərmisin.
Yaraları sarımadıq,
Ayrılığı darımadıq.
Bu dünyadan yarımadıq,
O dünyanı bölərmisin.
Kayıt Tarihi : 22.5.2020 07:50:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!