Düşmən muradına yetməz,
Qorxaq mərdin üstə getməz.
Gülüm, heç kim məğlub etməz,
Süd yerinə od əməni.
Gün tək çıxdın, ay tək batdın,
Qəlbini şeytana satdın.
Özün bilə-bilə atdın,
Dirigözlü oda məni.
Çox məğrurdun,qaya-saldın,
Daim xəyallara daldın.
Sevinc,gör nə günə qaldın,
Bəyənmədi o da məni.
Kayıt Tarihi : 14.6.2018 09:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!