Xəyal göylərində ildırım çaxdı,
Işığı qəlbimi yandırıb yaxdı.
Sən elə boylandın, sən elə baxdın,
Gözlərim alışdı nur baxışından
Fərəh aşıb-daşdı, göy dəniz oldu.
Qələbə xəbəri müjdəmiz oldu.
Buludlu səmamız tər-təmiz oldu,
Ulduzlar sayrışdı gur yağışından.
Anlaya biləydin kaş ürəkləri,
Incidə bilməsin yaş ürəkləri.
Muğamat yumşaltdı daş ürəkləri,
Küsənlər barışdı Şur axışından.
Nənənin qucağı ipisti, yumşaq.
Nağılı dinləyər sakitcə uşaq.
Səmadan asılıb yeddi rəng qurşaq.
Istərsən min bəzək qur naxışından.
13.01.2022
Kayıt Tarihi : 15.1.2022 11:01:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!