Sevən ürək üzülməsin,
Gözlərdən yaş süzülməsin.
Muncuq kimi düzülməsin,
Budur qəlbin fərmayişi.
Kədər yolu məndən başlar,
Ala gözdə çəndən başlar.
Bilirsənmi səndən başqa,
Kim pozar ki asayişi.
Dəyişməyib,dünya həmin.
Üzəmməyir arzu gəmin.
Yaman olur dərdlə-qəmin,
Toy günündə nümayişi.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!