Niye Yaşar Şâir? Şiiri - Ergün Mamedov

Ergün Mamedov
29

ŞİİR


5

TAKİPÇİ

Niye Yaşar Şâir?

Bağırmasın heç yaralar bağlayan dərdini,
Əhli olmasın, sonunda görsə kəməndini.
Bilakis, o ki, qələmgâh’ın nəğmələr dini.
Dillərdə; “Etmə, bunlar səni aşar, mugayir!”
Millət üçün değil isə niyə yaşar şâir?

Tarix zamanına seçilmiş müvəkkil, əhval,
Yegânə sərvətdir bu hissiyyât, değil əmval.
Qanı müstəqil amma bi-xəbər olmuş cəvval,
Dinməyənin sonu böhrandır, bəşər basâir,
Millət üçün değil isə niyə yaşar şâir?

Ayrıldıq, etdikçə bizləri el güruhu yəm,
Və olduqca onca sətirlərim mecrûhu qəm.
Bitməz içimdəki bu ihtilâl-i ruhiyyəm.
Kömək olmazmış mürəkkəblər hər şeyə dair…
Millət üçün değil isə niyə yaşar şâir?

Ədəbiyyât dilləri, fikriyyâtda özgələr,
Diriliq alovundan geriyə tək köz gələr.
Ildırımların edəmədiğini söz dələr!
Ədib zamana sussa bilmə ki, taşar, sair,
Millət üçün değil isə niyə yaşar şâir?

Ergün MAMEDOV, Ayarsız Dergi, 58. sayı, 1 Aralık 2020, s.41.

Ergün Mamedov
Kayıt Tarihi : 21.12.2020 20:02:00
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Ergün Mamedov