Çoxdandır görmürəm gül camalını,
Anlaya bilmirəm hal-əhvalını.
Titrəyən əlinlə yaşıl xalını,
Sərirsən önümə, niyə gəlmisən.
Lirik mahnıların yadı ovudub,
Deyən bəstələrin məni unudub.
Yaralı köksümü ovcumda tutub,
Boylannam dünümə, niyə gəlmisən.
Bitib aramızda olan məhəbbət,
Amma ki tutmayıb yerini nifrət.
Deyəsən yamanca qalmısan həsrət,
Səsimə-ünümə, niyə gəlmisən.
Sanırdın heç zaman qocalmayassan,
Mənimlə birlikdə ucalmayassan.
Bilirəm, açmağı bacarmayassan,
Bağlı düyünümə niyə gəlmisən.
Söz ilə qoyulub mənim təməlim,
Dillərdə dastandır gözəl əməlim.
Nə vaxtdı əlinə dəymirdi əlim,
Son vida günümə niyə gəlmisən.
Kayıt Tarihi : 22.12.2025 15:51:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!