Niye geldin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Niye geldin

Yaşayırdım sakit, rahat dünyada,
Axı niyə gəldin mənim ömrümə.
Sirrimi vermərəm özgəyə, yada,
Axı niyə gəldin mənim ömrümə.

Əsiri oldum mən odlu baxışın,
İslandım altında qarın,yağışın.
Naxışımla birləşmədi naxışın,
Axı niyə gəldin mənim ömrümə.

Nə dərdim var idi, nə də ki qəmim,
Üzürdü sularda xoşbəxtlik gəmim.
Geriyə dönəydi o xoşbəxt dəmim,
Axı niyə gəldin mənim ömrümə.

Həsrətindən ağartmışam telimi,
Dolaşa bilmirəm doğma elimi.
Ayrılıq çox soyuq payız yelimi,
Axı niyə gəldin mənim ömrümə.

Günəş olub göydən od-alov saçım.
Qartal olub zirvədə qanad açım.
Naşımı götürüb de, hara qaçım,
Axı niyə gəldin mənim ömrümə.

Tarım çəkdin əsəbimi, səbrimi,
Nədən, dostum, bilməyirsən qədrimi.
Ölsəm əgər, sən qazarsan qəbrimi,
Axı niyə gəldin mənim ömrümə.

Ayrılığın göynərtisi çox acı,
Elə bilmə təkcə sənsən əlacım.
Çətin ki mən vüsalına əl açım,
Axı niyə gəldin mənim ömrümə.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!