Sürüb ömrün qalanını,
Gəzdim eşqin dalanını.
Neynəyirəm yalanını,
Düzün məndən niyə döndü.
Gəl oynama səbirimlə,
Qurda dönmüş bəbirimlə.
Qoşalaşmaz ləpirimlə,
Izin məndən niyə döndü.
Qəmlə keçər ayım-ilim,
Göz yaşımı necə silim.
Günahımı söylə,bilim,
Üzün məndən niyə döndü.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 09:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!