Gül üzlü aybənizim,
Dalğalanan dənizim.
Tezcə böyü, əzizim,
Səsimə ver hay, qızım.
Ay mənim Nilay qızım.
Özünə xoş həyat qur,
Işıqların gəlsin gur.
Yollarına səpsin nur,
Həm günəş, həm ay qızım.
Ay mənim Nilay qızım.
Al-qırmızı yanağın,
Kölgə salsın qovağın.
Nə çox gəlib qonağın.
Bircə-bircə say, qızım.
Ay mənim Nilay qızım.
Qızım, səadətə çat,
Xoşbəxtlik içində bat.
Başını yastığa at,
Mən çalım laylay, qızım.
Ay mənim Nilay qızım.
Danış, eşidim səni,
Dinləyim hər kəlməni.
Göyə qaldır sən məni.
Fərəhimi yay, qızım.
Ay mənim Nilay qızım.
Zülmət-beli bükülən,
Dan yeridir sökülən.
Xəzərimə tökülən,
Kiçiçik bir çay qızım.
Ay mənim Nilay qızım.
Asta addımla gedən,
Məni özümdən edən.
Sən mənə İlahidən,
Gözəl, şirin pay qızım.
Ay mənim Nilay qızım.
Kayıt Tarihi : 12.3.2020 14:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!