Ürəyində min bir halət,
Gözlərində kin və nifrət.
Çün qalmayıb daha taqət,
Bədənindən can ayrılır.
Uçmaq üzrə könül quşu,
Başından gedibdir huşu.
Bilinməyir əsl yaşı,
Ürəyi al qan ayrılır.
Getmək istər bu dünyadan,
Onu çağırır yaradan.
Pıçıldayır hey dua da,
Olmayır duyan, ayrılır.
Dünya yalan, dünya fani.
Pis günlərin çoxdur sanı.
Yaxın, ürək dostun hanı,
Könlü qəriban ayrılır.
Şair candan doyub gedir,
Sözlə məzar oyub gedir.
Ürəyini qoyub gedir,
Qəlbi nigaran ayrılır.
Kayıt Tarihi : 9.12.2023 08:42:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!