Bu dağlar, qoca dağlar
Dərəni quca dağlar.
Dörd yanım uca dağlar,
Əsir düşmüş ruzgaram.
Könül qəmə dalası,
Kədərdən söz salası.
Çinarboy qız qalası,
Illərdən yadigaram.
Ruh tərk edər bədəni,
Tənha qoyar bəndəni.
Koroğlunun həmdəmi,
Alagözlü Nigaram.
Taleyindən nigaran.
Sevinc Arzulu
Kayıt Tarihi : 27.6.2018 15:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!