Ürəyim fəqan edir,ah-nalə çəkir gecələr,
Qalmayıbdır ,ey gülüm, səndən bir nişan, neynim.
Inan ki gözlərimə qaranlıq çökür gecələr,
Olmadım sənin üçün gözəl zərnişan,neynim.
Gənc idim, gözəl idim bilməz idim dərd-qəm nədir,
Nə bileydim ki sevgi,məhəbbət,eşq əfsanədir.
Nakam aşiq hamının gözündə bir divanədir,
Gəzirəm Leyla kimi halı pərişan,neynim.
Nə vaxtdır eşitmirəm səsin,həsrətəm sözünə,
Özün öz əlin ilə su caladın eşq közünə.
De,necə ağlamayım,gözüm baxmayır gözünə,
Qəlbimdir göz yaşıyla daim qarışan,neynim.
Mən sənsiz olan gündən bircə dəfə gülməsəm də,
Sel kimi axan yaşı gözlərimdən silməsəm də.
Etdiyin zülümləri bağışlaya bilməsəm də,
Ürəyim olacaqdır sənlə barışan,neynim.
Sevinc,sən bir qartalsan,dostların da şahin,sardır
Uca dağ zirvəsində ağaran bəmbəyaz qardır.
Ürəyimdə Allahdan təkcə bir istəyim vardır,
Olsun bəxt ulduzumuz qoşa sayrışan,neynim.
Kayıt Tarihi : 16.6.2018 10:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!