Həsrət yandırıb közümü,
Azaldıb səbri-dözümü.
Tapammıram heç özümü,
Dağlar, məni neynədiniz.
Yaddaşımda pis qalıbdır
Acı təmli hiss qalıbdır.
Görürsənmi, sis qalıbdır,
Ağlar.Çəni neynədiniz.
Yalanlar durubdur üzə
Doğrular səpilib düzə.
Çoxdandır keçmişəm “sizə”,
Sağlar, səni neynədiniz.
Ayrılıqlar gözdən itməz,
Sarı bülbül şən-şən ötməz.
Bilirəm ki daha bitməz,
Çağlar, dəni neynədiniz.
Kayıt Tarihi : 8.9.2019 16:32:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/09/08/neynediniz.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!