Həyat kitabını oxumuşam mən,
Sözlərdən nur-çələng toxumuşam mən.
Elə bil əzəldən yox imişəm mən,
Mən belə dünyanın nəyini sevim.
Varlının gözünü örtüb pul-para,
Qaranı ağ edər,ağı da qara.
Haqq sözün üstündə çəkilləm dara,
Mən belə dünyanın nəyini sevim.
Yaxşının həmişə üzü ağ olsun,
Istəməm yamanın keyfi çağ olsun.
Dağı düzən olsun,bağı dağ olsun
Mən belə dünyanın nəyini sevim.
Ey insan,işinlə zirvəyə ucal,
Ağ yalan verməz ki doğruya macal.
Dəvətsiz qonaq tək tez gələr əcəl,
Mən belə dünyanın nəyini sevim.
Bir şirin gülüşü üzümdən soyar,
Göz yaşı içməkdən çətin ki doyar.
Bu qədər dost içrə tək-tənha qoyar,
Mən belə dünyanın nəyini sevim.
Yaralı ürəyim onsuz sızıldar,
Külək,başım üstdə az öt,mızıldan.
Mənə qəbir verər o,saf qızıldan
Mən belə dünyanın nəyini sevim.
Bu evin ucalan tüstüsü hanı,
Ocağın həniri,istisi hanı.
Həyatın zülümə “bəs”disi hanı,
Mən belə dünyanın nəyini sevim.
Kayıt Tarihi : 25.4.2018 10:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!