Əsir bahar nəsimi,
Ruhumuzu oxşayır.
İmaməddinNəsimi,
Ürəklərdə yaşayır.
Sözün bağrını dəlib,
Incə ruhlu kənkandı.
Əsrlərdir yol gəlir,
Həmişə laməkandır.
Nəsimi şeriyyəti.
Qəlbimizdə yurd salıb.
Düşmənin şəriyyəti,
Necə haqsız can alıb.
“Ənəlhəqq” söyləyənin,
Dərisini soydular.
Haqq kəlamı deyəni,
Yarı yolda qoydular.
Şair xalqa xidmətkar,
Boğmaq olmaz səsini.
Tökdüyü nahaq qanlar,
Üləmanın bəsimi?
Haqq dünyaya köçsə də,
Eşidirik səsini.
Yüz illiklər keçsə də,
Yaşar qəlbdə Nəsimi.
Mən Şirvanın övladı,
O ellərin qızıyam.
Könlümdə şeyxin adı,
Atəşinə qızınam.
12.04.2019
Kayıt Tarihi : 19.4.2019 11:23:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/19/nesimi-seriyyeti.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!