Könül yaram köz bağlayıb,
Göz yaşlarım duz bağlayıb.
Duyğularım buz bağlayıb,
Donubdur qəlb guşəm mənim.
Fərəhim az, kədərim çox,
Qəmin gözü olmayır tox.
Daha başqa bir işim yox,
Dərd çəkməkdir peşəm mənim.
Ömrümdə qəm birincimi.
Fərəh sönən bir incimi,
Aldın əldən sevincimi,
Azalıbdır nəşəm mənim.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:16:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/29/nesem-menim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!