Nes ağlayır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Nes ağlayır


Dostları yığ bir araya,
Bəlkə işinə yaraya.
Çölümdəki hay-haraya,
Içimdəki səs ağlayır.

Hanı könül sirdaşlarım,
Bacılarım, qardaşlarım.
Sel tək axır göz yaşları,
Məni duyan kəs ağlayır.

Sən qəlbimdə əlvan zehim,
Gül üstündə parlaq şehim.
Gəl ay mənim sərin mehim,
Başım üstdə əs, ağlayır.

Həsrət döyər dizinəcə,
Düşər hicrin izinəcə.
Vüsal ağlar düzünəcə,
Ayrılığın nəs ağlayır.

Ya quş kimi çöldə səkmək,
Ya səhrada çiçək əkmək..
Eh, bu qədər əzab çəkmək,
Heç deyilmi bəs, ağlayır.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.5.2020 07:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu