Körpə quş tək haqladılar,
Zirzəmidə saxladılar.
Göz yaşına baxmadılar.
Vəhşilikdən doydular ki...
Əzəldən naləyə karıq,
Sinəsi gen, qəlbi darıq.
Biz hamımız günahkarıq,
Qəlbimizi oydular ki...
Qara gəldi yeni ilin,
Torpaq oldu son mənzilin.
Tapılacaqdır qatilin,
Maskasını soydular ki...
Qanımızı dondurdular,
Işığını söndürdülər.
Sonda nədən yandırdılar
Rəzalətə uydular ki...
Arzu idin, dilək idin,
Həyat dolu ürək idin.
Sən günahsız mələk idin,
Sənə necə qıydılar ki...
Kayıt Tarihi : 15.1.2020 06:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!