Nergiz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Nergiz

NƏRGİZ

Günəş-sevgi talismanı,
Nur bürüyür asimanı.
Sənin gözəl gül simanı,
Hansı rəngdə çəkim, Nərgiz.

Yaxınlaşır yaz havası,
Gələr bülbülün nəvası.
Çox yaraşır ağ libasın,
Əlişəfalı həkim, Nərgiz.

Həyatının xoş çağında,
Övladların sol-sağında.
Ömrün tək yaşıl bağında,
Qızılgüllər əkim, Nərgiz.

Yaş gələcək yaşın üstə,
Qara tellər qaşın üstdə.
Atan-anan başın üstdə,
Dayansınlar təki, Nərgiz.

Qoyma gözəl gülün solsun.
Xoşbəxtlikdən gözün dolsun.
Arzuların hasil olsun,
Ürəyində nə ki, Nərgiz.

Yoldaşın sənsiz qalmasın,
Üstünüzü çən almasın.
Qəlbində heç yurd salmasın,
Nə ayrılıq, nə kin, Nərgiz.

Vüsal özü bir ordudur,
Ayrılığı tək durdurur.
Ana babanın yurdudur,
Yol gözləyər Ləki, Nərgiz.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.2.2019 15:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu