Nerdesin Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Nerdesin


Hardasan…

İntizarın asılıbdı gözümdən,
Ey ruhumun həzin səsi, hardasan?
Can yoldaşım, çox sevdiyim özümdən,
Qəlbimin ən yaxın kəsi, hardasan?

Ömrün yolu qaralıdı, ağlıdı,
Sinəm sənin həsrətinlə dağlıdı…
Sənsiz qəlbim sevgilərə bağlıdı,
Ürəyimin eşq həvəsi, hardasan?

Həsrət yatır kipriyimdə, qaşımda,
Şəklin durur gözlərimin yaşında,
Adın gəlir hər sözümün başında,
Dilimin ən şah kəlməsi, hardasan?

Gəl ki söndür atəşimin közünü,
Bircə dəfə gəlsən… görsəm üzünü…
Ölürəmeee , çatdır mənə özünü…
Bu canımın son nəfəsi, hardasan?!

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 17:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!