Nem yaylıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Nem yaylıq

Yollar çınqıl-çınqıl döşənib qalıb,
İzlər qəlpə-qəlpə keçir sinəmdən.
Vüsal qorxusundan üşənib qalıb,
Sözlər körpə-körpə köçür sinəmdən.

Dolaşır ilhamım dar küçələri,
Özünə əbədi girov axtarır.
Köksümün üstündə qar gecələyir,
Gözlərim səhərlər qırov axtarır.

Havanı bürüyüb yanıq qoxusu,
Daha nəfəs belə almayıram mən.
Əgər olmasaydı qanun qorxusu,
Həsrəti öldürə bilərdim həmən.

Nə çaylar qovuşar, yollar birləşər,
Sanki təbiətin yatan vaxtıdır.
Nə gözlər görüşər, qollar birləşər
Hücranın vüsala çatan vaxtıdır.

Tez çək ayağını qəm oylağımdan,
Insafsız, göz yaşı nəyimə mənim.
Təpər də qalmayıb nəm yaylığımda,
Qorxuram libas tək geyinə məni.
26.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 08:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu