Nem olur Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Nem olur

Yalançı ümidlər boşuna gəlir,
Aşiqlər bir dəstə-qoşuna gəlir.
Səni ağlatmağım xoşuma gəıir,
Qaraca gözlərin necə nəm olur.

Gözündə parıltı gur işıq deyil,
Indiki cavanlar yaraşıq deyil?
Sevməyən onsuz da heç aşiq deyil,
Sevənin son sözü sevirəm olur.

Yenə məni səslər çəmən, çöl-bayır,
Küləklər sözümü hər yana yayır.
Yarəb, dərd-kədərdən məni tez ayır,
Qüssədən öləndə zilim bəm olur.
14.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu