Nədir dostum səni üzən, incidən,
Saçlarına düşüb bəyaz, inci dən.
Minib taleyinin bəyaz atına,
Sən də qalx səmanın uca qatına.
Tarixdə ad qoyan bölgə də sənin,
Bəyaz ruh, qaranlıq kölgə də sənin.
Deyirdim məhəbbət əzəldi, öndü,
Işıqlı ömrümün günəşi söndü.
Bilməzdim biz-bizə yad olacayıq.
Ayrılıq zalıma şad olacayıq.
Içimi yandıran od-atəş ki var,
Hörüb aramızda kölgə tək divar.
Sualın, bilirəm,cavabı yoxdur,
Xara yaxşı olma, savabı yoxdur.
Onun xahişinə deyən boş oldum,
Gedənlər köçünə mən də qoşuldum.
Kayıt Tarihi : 26.5.2022 08:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!