Neden Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Neden


Fələk yenə ocaq çatıb, tonqal qurub içimdə,
Ürəyimi bişirir o, səngiyən köz üstündə.
Neçə rəngli tüstülərin hərəsi bir biçimdə,
Nədən mənə cəza verir bir haqsız söz üstündə.

Nədən belə qüssəliyəm, nədən bağrım şan-şandır,
Nədən mənim ağlar qəlbim qəm-qüssəyə nişandır.
Nədən xəstə, saf könlümü bir də salıb azara,
Nədən bu gün küskün ruhun beləcə pərişandır.

Bəlkə, gülüm,sanırsan ki səni unudaram mən,
Bircə qəmli musiqidən duyğularım coşandır.
Bu ilahi məhəbbəti ucuzmu tutaram mən,
Sevdiciyin nakam eşqə şeir-qəzəl qoşandır.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.6.2018 17:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu