Mən niyə beləyəm, mən niyə belə,
Örtübdür üzümü çən niyə belə.
Tez düşdü telimə dən niyə belə,
Həyat saçlarımı qüssədən hördü.
Hicran oxşar bir riyasız mələyə,
Həsrət bicdir, heç düşməz ki tələyə.
Neynəmişdik bilməm zalım fələyə,
Bu şirin sevdanı bizə çox gördü.
Hansı sehr oxuyar,necə eyləyər,
Ayrılıq gündüzü gecə eyləyər.
Bilirsən, ay gülüm, neçə eyləyər,
Mənim öz yaşıma vuranda dördü.
Kayıt Tarihi : 29.6.2018 10:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!