Etmə mənə belə zülüm,
Açılmamış solar gülüm.
Yannam,qalar təkcə külüm,
Mənsiz necə yaşayarsan.
Qəm əlindən qaçıb getsəm,
Son nurumu saçıb getsəm.
Əbədilik uçub getsəm,
Mənsiz necə yaşayarsan.
Sakit axan Araz olsam,
Şaxta olsam,ayaz olsam.
Eşidilməz avaz olsam.
Mənsiz necə yaşayarsan.
Xəzri kimi yelə dönsəm,
İnildəyən telə dönsəm.
Axıb gedən selə dönsəm
Mənsiz necə yaşayarsan.
Dərddən bağlar dəstə,Sevinc
Cavan,boyu bəstə Sevinc.
Əgər düşsə xəstə Sevinc,
Mənsiz necə yaşayarsan.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:33:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/nece-yasayarsan.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!