Nece unudum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Nece unudum

Yol getməm naşı ilə,
Söz der göz-qaşı ilə.
Gözümün yaşı ilə
Əl-üzümü mən yudum.
Səni necə unudum.

Sən idin eynimdəcə,
Libasın əynimdəcə.
Eləcə beynimdəcə,
Xəyalını uyudum,
Səni necə unudum.

Gözəl ehtişam olsun,
Əriyən ağ şam olsun,
Gün getsin, axşam olsun,
Su içim bircə udum.
Səni necə unudum.

Yaxşılıqlar süslənib,
Yamanlıqlar pislənib.
Kipriklərim islanıb,
Harda sərib-qurudum.
Səni necə unudum.

Qucaqlayıb pirimi,
Anım ölü-dirimi.
Xatirələr kirimir,
Bilməm necə ovudum.
Səni necə unudum.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2020 07:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu