Ilahi, sən özün xeyirliyə yoz,
Gördüyüm qapanlıq,soyuq yuxumu.
Qismətin yazdığı çətin bəxti poz,
Sən özün dəf elə bunca qorxumu.
Ilahi,o şıltaq, dəcəl uşaqlıq,
Indi xatirəyə dönüb, ağlaram.
Verməz ki kimsəyə macal, uzaqlıq
Qəlbimin atəşi sönüb, ağlaram.
Ilahi, gözümün döndüyü anda,
Qəlbin dönməsini necə gözləyim.
Yanar ocağımın söndüyü andan
Külünü odumla necə közləyim.
Kayıt Tarihi : 10.1.2021 09:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!