Oynama köz həyatıynan,
Tanınma söz boyatıynan.
Şeirnən, ya bayatıynan,
De, səni necə ağlayım.
Fərəhimi bölürəm ki,
Kədərimdən ölürəm ki.
Xatirələr bilirəm ki,
Gəlməz ki vecə, ağlayım.
Yarəb, yel tək sovur məni,
Həsrət yaman qovur məni.
Göz yaşlarım boğur məni,
Gündüz ya gecə ağlayım.
Kayıt Tarihi : 22.5.2020 07:36:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!