Yerə düşən kalın imiş,
Dəyişən əhvalın imiş.
Düşmən yaman zalım imiş
Bax aldığı öcünə ki...
Tanrı mərhəmət evində,
Dua edib sən sevin də.
Gəzərsən əlin cibində,
Kimsənin nə vecinə ki...
Düşübən eşqin girinə,
Qulaq asmadın pirinə.
Dönmədi ilham pərinə,
Getmədi heç gücünə ki..
Kayıt Tarihi : 15.1.2020 06:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!