Özün gör nə halımdı,
Əğyar özgə, zalımdı.
Kədər üzdə xalımdı,
De,sənə nə olub bəs.
Dağlar yenə tək, yalqız,
Zirvəsində mən –qar qız.
Deyək, yağmır qar,yağış,
Sis,çənə nə olub bəs.
Bilməm,varmı,yoxmusan,
Vəslin evin yıxmısan.
Sən bivəfa çıxmısan,
Eh,mənə nə olub bəs.
Kayıt Tarihi : 14.6.2018 19:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!