Ne isteyim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ne isteyim

Topuğa dəyən daş daldan,
Itinin hürməyi yaldan.
Baş açılmır qeylü-qaldan.
Dünya, səndən nə istəyim?

Itilənib tamah dişin,
Yehayedir tək vərdişin.
Bumudur sənin gərdşin,
Dünya, səndən nə istəyim?

Ağa qara dedin özün,
Məhv etməkdən doymur gözün.
Deməyə qalmayıb sözün,
Dünya , səndən nə istəyim?

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2021 17:17:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu